tapmaca

Marsın Sirləri

In Astronomiya on 28/02/2010 at 08:42

Mars səthində bizə məlum olmayan hansısa bir sivilizasiyanın qalıqları mövcud ola bilərNASA tədqiqatçılarının bir qrupu yenidən iddia ediblər ki, Marsı hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.

NASA-da Marsın tədqiqi ilə uzun illər məşğul olan və beynəlxalq aləmdə kifayət qədər tanınan tədqiqatçıların bir qrupu yenidən iddia ediblər ki, bu sirli planet səthində müşahidə olunan proseslər təbii yollarla baş verir və onu hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil. Lakin Mars səthində baş verənlərin təbii proseslərlə əlaqələndirilməsi NASA-dakı digər bir qrup tədqiqatçı tərəfindən qəbul edilmir. Onların fikrincə, məsələnin belə qoyuluşu sivil inkişaf nəzəriyyəsi ilə uyğun gəlmir. Belə ki, təbii yolla hər hansı obyektin dəqiq riyazi qanunlara əsasən öz-özünə ortaya çıxmasını iddia etmək məntiqsizlikdir. Son illərdə dəfələrlə öz sirləri ilə tədqiqatçıları heyrətləndirməkdə davam edən və dünyanın ən müəmmalı planeti adını alan Mars səthində baş verənlər yenidən diqqəti özünə cəlb edib. Belə ki, bu ilin sentyabr ayının 21-də “Mars-Ekspress” stansiyası tərəfindən çəkilən şəkillərdə Mars səthindəki müəmmalı, müəyyən qədər insan üzünü xatırladan təsvirlər daha aydın görünürdü. Amma bu dəfə daha əvvəllər çəkilən şəkillərlə müqayisədə insan üzündə aslana bənzəyən ştrixlər əmələ gəlmişdi. Alimləri heyrətləndirən də məhz bu idi. Görəsən Mars səthindəki insan üzü təsvirinin yavaş-yavaş şir siması halını almağa doğru dəyişməsi nə ilə əlaqədar idi? Hələlik, bu suala birmənalı cavab vermək mümkün olmasa da, alimlər arasında məsələyə münasibətdə fikir ayrılıqları ortaya çıxıb. NASA-da Marsın tədqiqi ilə uzun illər məşğul olan və beynəlxalq aləmdə kifayət qədər tanınan tədqiqatçıların bir qrupu yenidən iddia ediblər ki, bu sirli planet səthində müşahidə olunan proseslər təbii yollarla baş verir və onu hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.

Marsda yaşayış olub

Lakin Mars səthində baş verənlərin təbii proseslərlə əlaqələndirilməsi NASA-dakı digər bir qrup tədqiqatçı tərəfindən qəbul edilmir. Onların fikrincə, məsələnin belə qoyuluşu sivil inkişaf nəzəriyyəsi ilə uyğun gəlmir. Belə ki, təbii yolla hər hansı obyektin dəqiq riyazi qanunlara əsasən öz-özünə ortaya çıxmasını iddia etmək məntiqsizlikdir. Bir də Marsda bir vaxtlar yüksək sivilizasiyanın olmasını və sonra onun hansısa səbəblər üzündən məhv olması barədə irəli sürülən ehtimalların doğru ola bilməsini bu planetin səthində su tapılması da sübuta yetirir. Digər tərəfdən də, söhbət yalnız Mars səthindəki müəmmalı, tez-tez gah insan, gah da şir simasını xatırladan təsvirdən getmir. Marsdakı hündür təpələr riyazi dəqiqliklə inşa edilən tikintiləri xatırladır. Aydın məsələdir ki, bu təpələr hansısa təbii psoseslər nəticəsində yarana bilməzdi. Nəhayət, Mars təpələrinin bəziləri yerdəki piramidaları xatırladır və bu da onun təbii yollarla əmələ gəlməsi ehtimalını şübhə altına alır. Tədqiqatçıların bəzilərinin fikrincə, yerdəki piramidalar özləri belə, kosmosdan sirli bir obyekt təsiri bağışlayır. Bütün bunlar da göstərir ki, Mars səthində bizə məlum olmayan hansısa bir sivilizasiyanın qalıqları mövcud ola bilər.

Marsı asteroid, yoxsa nüvə müharibəsi məhv edib?

Marsda mövcud olduğu hesab edilən sivilizasiyanın hansı səbəblər üzündən məhv olması ilə bağlı tədqiqatçılar arasında fikir ayrılıqları mövcuddur. Bəzi tədqiqatçılar Marsda yaşayışın planetin səthinə düşən asteroid nəticəsində məhv olduğunu irəli sürürlər. Belə bir fikir vurğulanır ki, məhz asteroid zərbəsi bir anda Marsın üst qatlarında və onun atmosferində nə varsa hamısını məhv edib. Amma bununla belə, Marsın nüvə müharibəsi nəticəsində məhv olduğu da ehtimal edilir. Bu ehtimalı irəli sürənlər özlərinin haqlı olduqlarını sübuta yetirmək üçün Mars səthində mövcud olan sirli obyektlərə istinad edirlər. Onların fikrincə, əgər həqiqətən də, Mars asteroid zərbəsi nəticəsində məhv olsaydı, onda onun səthində heç nə salamat qalmazdı və belə vəziyyətdə insan əlilə yaradılan hansısa obyektdən söhbət gedə bilməzdi. Marsın səthindəki mövcud sirli obyektlər bu planetin nüvə müharibəsi nəticəsində məhvedilmə ehtimalının daha böyük olduğunu göstərir. Bu ehtimalın tərəfdarları hazırda bütün canlıları məhv edən, ancaq yaşayış binalarının salamat qalmasına imkan verən silahların olmasına diqqəti cəlb edərək, Marsda da müharibələr zamanı oxşar qırğın vasitələrinin tətbiq edilə biləcəyini istisna etmirlər. Hər halda bu ehtimallar o qədər də ağlabatan görünmür. Çünki bunu sübut etmək üçün gərək Marsın səthinə insan ayaq bassın və burada baş verənləri tədqiq etsin. Bunun isə yalnız yaxın on ildə mümkün olacağı güman edilir. Nəhayət, Marsdakı sivilizasiyanın kosmosdan gələnlər tərəfindən məhv edildiyini irəli sürən tədqiqatçılar da az deyil. Belə bir fikir söylənilir ki, kosmosdan gələnlərlə Marsdakı yüksək sivilizasiya arasında baş verən toqquşma sonuncuların faciəsi ilə nəticələnib. Yeri gəlmişkən, onu da xatırladaq ki, yerdə bir vaxtlar mövcud olan və sirli şəkildə məhv olan Atlantidanın da məhz kosmosdan gələnlərlə müharibə nəticəsində məhv olduğu barədə saysız-hesabsız əfsanələr və rəvayətlər mövcuddur.

Təpələri insanlar inşa ediblər

Marsın Kidoniya adı verilən hissəsində baş verən müəmmalı hadisələri tədqiq edən tanınmış alim Mark Karlotto, Tom van Flandern və Adam Marturanın Marsda müəmmalı sivilizasiyanın qalıqlarının yaşaması barədə on illər bundan əvvəl irəli sürdükləri ehtimalların artıq reallığı əks etdirməsinə çoxları inanmağa başlayıb. Belə ki, Marsa bir-birinin ardınca göndərilən kosmik stansiyalardan yerə göndərilən şəkillər də bu sirli planetin səthində baş verən hadisələrin və orada riyazi dəqiqliklə “inşa” edilən təpələrin yalnız insan əməyinin məhsulu olması qənaəti yaradır. Əgər həqiqətən də, Marsda yüksək sivilizasiya olması təsdiq edilərsə və bunu sübut edən hansısa fakt tapılarsa, onda bəşər tarixində bu əsl inqilaba səbəb olacaq. Bu həm də Yerdə həyatın əmələ gəlməsi barədə bu günə kimi mövcud olan bütün təsəvvürlərin dəyişməsinə gətirib çıxara bilər. Hələliksə tədqiqatçıların diqqətini Mars səthində baş verən sirli hadisələrin, o cümlədən gah insan, gah da şir sifətini alan müəmmalı təsvirlərin qədim dövrlərdən günümüzə qədər gəlib çatan şəkillərlə oxşarlığı tədqiqatçıların diqqətini daha çox cəlb edir.

Qeyd edək ki, Marsa göndərilən kosmik gəmilərin yerə ötürdükləri şəkillərin tədqiqi göstərir ki, təpələrin başına insan və şir sifətini xatırladan təsvir sanki yapışdırılıb. Ümumiyyətlə, yarı şir, yarı insanı xatırladan təsvirlərə yer üzündə tez-tez rast gəlinməsi alimlərin fikrincə təsadüfi ola bilməz. Onlar belə təsvirləri hansısa sivilizasiyanın Yerdə və Marsda qoyduğu möhür hesab edirlər. Bütün bunlar da göstərir ki, Yerlə Mars arasında haçansa bir yaxınlıq olub. Ola bilsin ki, həqiqətən də, qədim əfsanələrdə deyildiyi kimi, Marsın məhv olması nəticəsində oradan insanların bir hissəsi Yerə köç edib. Məhz bu baxımdan tədqiqatçılar ilk astronavtın Mars səthinə ayaq basacağı günü səbirsizliklə gözləyirlər. Yalnız insan oğlu Marsa ayaq basandan sonra bu sirli planetin səthində baş verən müəmmalı hadisələrə və Yerə həyatın Marsdan gətirilib-gətirilməməsi məsələsinə aydınlıq gətiriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: